Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb

Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb
Hadisə 7

Göyçay şəhərində gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, küləyin təsiri nəticəsində şəhərin müxtəlif ərazilərində iri və xırda gövdəli ağaclar aşıb.

Xəsarət alan olmayıb.

Ağacların aşması ilə bağlı daxil olan məlumatlardan sonra Göyçay Şəhər Təsərrüfat Birliyinin yaşıllaşdırma sahəsinin əməkdaşları ərazilərə cəlb olunublar.

Aşmış ağacların doğranaraq ərazidən götürülməsi, eləcə də küçə və keçidlərdə yaranmış maneələrin aradan qaldırılması istiqamətində işlər görülüb.

Güclü külək şəhərin elektrik təsərrüfatına da təsir edib. Belə ki, müxtəlif ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər