Göyçayda evlərdən oğurluq edən şəxs həbs olunub
Göyçay rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan 7 min manatdan artıq pul vəsaitini talayaraq ələ keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb.
Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Uçuş aparatı ilə 33 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlum...