Göyçayda dəhşətli qəza: Ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 18-də saat 23 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində QAZ-24 və VAZ-2105 markalı avtomobillər toqquşub.
BAKU.WS xəbər verir ki, hadisə nəticəsində VAZ-ın sürücüsü, 1993-cü il təvəllüdlü Zamiq Kərimli aldığı xəsarətlərdən hadisə yerində ölüb, QAZ-24-ün sürücüsü, 1976-cı il təvəllüdlü Aqil Abdullayev və sərnişini, 1990-cı il təvəllüdlü Müşviq Əzizov xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....