Göyçayda avtomobil su kanalına düşüb
Göyçayda kanalda batan şəxsin meyiti sudan çıxarılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***15:18
Göyçayda avtomobil su kanalına düşüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.
Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb
Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Ş...