Göyçayda avtomobil qəzasında xəsarət alanların kimliyi dəqiqləşib
23
iyn
2025
14:02
Göyçay rayonunda baş verən avtomobillər qəzasında xəsarət alanların kimliyi dəqiqləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanlar "Azsamand"ın sürücüsü Nizami Kərimov, "Mercedes"in sürücüsü Qabil Məmmədov, onun maşınında olan sərnişinlər Nigar Məmmədova və Nübar İbadovadır.
Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
*** 13:06
Göyçayda avtomobil qəzası olub, xəsarət alanlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, qəza zamanı "Mercedes" və "Azsamand" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Fakt araşdırılır.
Qalereya