Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb - Saxlanılan var
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evində hündürlükdən yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və orada vəfat edib.
Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə Cavid Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Cavid Əhmədov pilləkəndən yerə yıxılıb.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Mehman Əsgərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Məşhur kollecin direktoru aliment qalmaqalı ilə bağlı: "Bizdən xəbərsiz qeyri-rəsmi nikaha daxil olub"
Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov oğlu Niyazi Kazımovun övladlarına aliment verməsi ilə bağlı yazılan iddialara münasibət bildirib....