Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb

Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb
Hadisə 158

Göyçayda baş vermiş qəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.

BAKU.WS xəbər verir ki, qəza zamanı 1970-ci il təvəllüdlü H. Salahov və 2012-ci il təvəllüdlü E. Feyzullayeva ölüblər.

1968-ci il təvəllüdlü İ. Əmrahov, 1964-cü il təvəllüdlü M. Əmrahova, 1988-ci il təvəllüdlü A. Feyzullayeva və 2016-cı il təvəllüdlü L.Feyzullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***

Göyçayda zəncirvari avtomobil qəzası baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel" , "KİA" və "Chevrolet" markalı avtomobillər toqquşub. Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər