Göyçay xəstəxanasında gənc qızın ölüm səbəbi AÇIQLANDI
Göyçayda xəstəxanada vəfat edən gənc qızın ölüm səbəbi açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"2006-cı il təvəllüdlü şəxs (qadın cinsli) aprelin 4-ü saat 00:22-də təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə hospitalizasiya olunub.
Aparılmış instrumental və laborator müayinələrin nəticəsinə görə, pasiyentə dəqiqləşdirilməmiş dəmir defisitli anemiya, hipotoniya diaqnozu təyin edilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Bütün zəruri tibbi yardımlara və reanimasiya tədbirlərə baxmayaraq, saat 12:35-də həmin şəxsdə bioloji ölüm baş verib.
Ölümün ilkin səbəbi kimi naməlum mənşəli sepsis, septik şok, kəskin ağciyər, ürək çatışmazlığı qeyd olunur", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bakıda bayram tonqalı yanğına səbəb oldu
Bakının Xətai rayonu ərazisində bayram tonqalı yanğına səbəb olub. Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, Əhmədli Şirvani 2 ü...