Göyçay sakini küçədə qarət olundu, iki nəfər həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər vətəndaşın mobil telefonunu açıq talama yolu ilə ələ keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən əvvəllər də məhkum olunmuş 23 yaşlı Nicat Miriyev və 20 yaşlı Rahim Eminli saxlanılıblar. Polis əməkdaşları tərəfindən mobil telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Miriyev və R.Eminli barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...