“Gördüm ki, kişi uzanıb qapının yanında” - Qayınatasını bıçaqlayan gəlin – VİDEO

“Gördüm ki, kişi uzanıb qapının yanında” - Qayınatasını bıçaqlayan gəlin – VİDEO
Video
Hadisə 308

Astarada bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS Baku Tv-yə istinadla xəbər verir ki, 25 yaşlı gəlin qayınatasını bıçaqlayıb.

Hadisə gecə saatlarında Maşxan kəndində baş verib. Kənd sakini, 60 yaşlı Nadir Axundovu öz evində gəlini, 25 yaşlı Aysel Axundova bıçaqlayıb. Kürək nahiyəsindən xəsarət alan kişi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyata alınıb, vəziyyəti normal qiymətləndirilir.

Azadə Axundova - Yaralının həyat yoldaşı: “İçəridə uzanmışdım. Yoldaşım mətbəxdə yemək yeyirdi. Bir də gördüm ki, qışqırdılar. Çıxdım, gördüm ki, kişi uzanıb qapının yanında, qan götürübdür”.

Qeyd edək ki, Aysel Axundova 5 il əvvəl gəlin köçüb. Son günlər isə həyat yoldaşı ilə boşanma ərəfəsində olub və gəlinin yenidən ər evinə qayıtmaq istəyi qayınatasının narazılığına səbəb olub.

Nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib. Törətdiyi əmələ görə Aysel Axundova həbs olunub. O, bu hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər