“Gördüm ki, əlindəki “dubinka” ilə üstümə gəlir” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"İşə tələsirdim, həmin sürücüdən yoldan çəkilməsi üçün "miqat" elədim. Sevindim ki, artıq yol ayrılır, o da "Şamaxinka"ya dönüb gedir. Bir də gördüm ki, maşını saxlayıb, əlindəki "dubinka" ilə üstümə gəlir".
BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, bunu sosial şəbəkələrdə taksi sürücüsü tərəfindən hücuma məruz qalması ilə bağlı görüntülər yayılan Məltəm Əsgərova bildirib.
O qeyd edib ki, hadisə ötən gün Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.
M.Əsgərova deyib ki, sürücünün ona hücum etməsinə səbəb yol üstündə olub:
"Həmin anda yaxşı ki, şüşələri qaldırdım, maşını qıfıla qoydum. Tanımadığım başqa bir sürücü hücum çəkən şəxsə nəsə deməsə idi, hələ də maşını döyəcləyəcəkdi. Məqsədi o idi ki, mən maşını açım".
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...