Goranboyda yol qəzası olub, xəsarət alanlar var
Goranboy rayonunda yol-nəqliyyat qəzasının baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə Balakürd kəndində qeydə alınıb. Qəza yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Müəyyən olunub ki, "Mercedes" və VAZ 2107 markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış "Mercedes" markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Qubada yola tökülən beton sürücülərə PROBLEM YARATDI
Quba rayonunda yola tökülən beton sürücülərə çətin anlar yaşadıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 164-cü...