Goranboyda yol qəzası olub, 7 nəfər yaralanıb

Goranboyda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhər sakinləri İlhamə Əliyeva (1970) və Tərcümən Həsənova (1965) Bakı şəhər sakinləri Leyli İsaqova (1961), Südabə Həsənova (1961), Göygöl rayon sakini Zenfira Həsənova (1969), Şəmkir rayon sakini Qəmər Hüseynova (1957) və Səfikürd kənd sakini Salaman Qasımov (1980) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
***14:48
Goranboyda mikroavtobusla minik avtomobili toqquşub, azı beş nəfər yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Safıkürd kənd ərazisində qeydə alınıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti aşkarlanıb
Samuxda evdən qadın meyiti tapılıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb. Belə ki Burunqovaq kənd sakini 193...
