Goranboyda qəza - Bir nəfər ölüb

Goranboyda qəza - Bir nəfər ölüb
Hadisə 213

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ağcakənd yolunun Safıkürd kəndi ərazisindən keçən hissəsində baş verib.

Sürücü Tapdıq Behbutov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə o, hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər