Goranboyda qayınata gəlinə qumbara atıb
16
fev
2025
18:11
Goranboyda qumbara partlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.
Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxunub
Yeni Klinikada əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırıl...