Goranboyda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda qanunsuz ov edən şəxslər saxlanılıb.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən xəbər verir ki, Goranboy rayon Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə (RPŞ) gətirilib. RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.
Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmadan, “İJ” markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam edir.
Qalereya
Oxşar xəbərlər
12 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb, 13 ton çətənə kolu məhv edilib
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, o cümlədən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitk...