Goranboyda məktəblilər arasında insident olub, bıçaqlanan var

Goranboyda məktəblilər arasında insident olub, bıçaqlanan var
Hadisə 5

Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, şagirdlər bir-birinə xəsarət yetiriblər. 2007-ci il təvəllüdlü Şeyxov Ayxan Məhəmməd oğlu döş qəfəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya aparılıb.

"Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - idarədən qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər