Goranboyda marketə basqın edən 20 yaşlı şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunda marketlərdən birində quldurluq hadisəsi baş verib.
Naməlum maskalı şəxs marketə daxil olaraq satıcını kəsici alətlə hədələyib və kassada olan 410 manatı ələ keçirərək hadisə yerindən qaçıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Uğur Tağıyev müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, şübhəlinin marketə daxil olması, kassadakı pulu götürməsi və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...