Goranboyda mağazadan 148 televizor oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Goranboyda mağazadan təqribən 48 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən məişət avadanlıqlarının satıldığı mağazadan oğurluq edən həmin obyektdə işləyən 29 yaşlı Arif Quliyev və 57 yaşlı Nofəl Musayev saxlanılıblar.
DİN Mətbuat Xidməti Gəncə regional qrupundan verilən məlumata əsasən, araşdırmalar zamanı onların anbardan ümumi dəyəri 48 min 615 manat olan 148 ədəd televizor və 9 ədəd paltaryuyan oğurlayaraq satdıqları məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. İddiaya görə, hadisə ailə mün...