Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atıb - TƏFƏRRÜAT
16
fev
2025
19:48
Goranboy rayonunun Qarasüleymanlı kəndində baş verən hadisənin bəzi təfərrüatları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.
Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.
Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Oxşar xəbərlər
Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər
Qazax rayonunda məktəbli həmkəndlisini bıçaqlayıb. Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. BAKU.WS Baku TV-yə istinadla bildirir ki, məlumata görə, to...