Goranboyda inzibati binadan oğurluq - Mühafizəçi saxlanıldı
06
may
2024
17:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda inzibati binalardan birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...