Goranboyda hərbi texnika daşıyan yük maşını yandı
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunda qəzaya düşən yük maşını yanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəza nəticəsində yük maşınında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülüb.
Məlumata görə, yük maşınının yük yerində Azərbaycan Ordusuna məxsus texnika olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...