Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub
Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub. Bu zaman qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib. Bu zaman 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***09:36Goranboyda evdə başvermiş yanğın zamanı ağır xəsarət alan körpə ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Goranboy rayon Veyisli kəndində başvermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 ay yarımlıq körpə göstərilən tibbi yardımlara baxmayaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***19:25
Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur.
Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
***18:11
Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qalereya
Oxşar xəbərlər
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a şairin yaxınları məlumat veriblər. Bildirilib ki, şairin ha...