Goranboyda avtomobil aşdı: Sürücü öldü
04
yan
2022
14:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü, 1967-ci il təvəllüdlü Quliyev Mahir xəsarət alaraq xəstəxanaya yerləşdirilib. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağsunun işıqsız qalan kəndlərinə elektrik enerjisi verildi - YENİLƏNİB
Ağsuda yol qəzası nəticəsində işıqsız qalan Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndlərinin elektrik enerjisi ilə təchizatı bərpa...