Gömrükdə qanunsuz yük ələ keçirildi - 243 mobil telefon və dərmanlar aşkarlanıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən 243 ədəd mobil telefon, xeyli sayda mobil telefon aksesuarları və dərman preparatları aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkə ərazisinə gələn nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.
Yoxlama zamanı nəqliyyat vasitəsinin müxtəlif hissələrindəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 243 ədəd müxtəlif markalı mobil telefon, mobil telefonlar üçün 298 ədəd enerji doldurucusu və 225 qutu dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. BAKU.WS Prav...