Gəncədə partlayış baş verən bina ilə bağlı qərar verildi

Gəncədə partlayış baş verən bina ilə bağlı qərar verildi
Hadisə 1160
"Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcəklər". BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Qərb bürosuna fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib.E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: "Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".BAKU.WS

Son xəbərlər