Gəncədə evin divarı iki bacının üzərinə uçdu: 1 ölü, 1 yaralı

16
sen
2016
19:11
Gəncədə bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin "Vtoroy çast" deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb. Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Gəncədə divarın uçması nəticəsində ölən və xəsarət alan qızların bacı olduqları müəyyənləşib.
Evin divarının uçması nəticəsində dağıntılar altında qalaraq ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır.
Evin divarının hansı səbəbdən uçduğu hələlik məlum deyil.
BAKU.WS
Oxşar xəbərlər
Əməliyyatda ölən 17 yaşlı qızın qohumları həkimləri döydü
Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə əməliyyat aparılan "Y...