“Girib qızıl, gümüş oğurlamışam” – 4 evi qarət edən oğru DAŞINDI – VİDEO
10
iyl
2018
15:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov Rayon Polis İdarəsi 17 və 18-ci Polis Şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun ayı ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunan Niyaməddin Əliyev tutulub. ARB TV xəbər verir ki, saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqları etiraf edib.Niyaməddin Əliyev - saxlanılan şəxs: “Nərimanov rayonu ərazisində 5 cinayət hadisəsi törətmişəm, ona görə polis əməkdaşları məni saxlayıblar. Oğurluq etdiyim evlərin hamısı birinci mərtəbədə idi. Girib qızıl, gümüş oğurlamışam. Qiymətli əşyaları oğurlamışam”. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 30000 dollar və 100000 manatlıq oğurluq FOTO
Bu il aprelın 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30...