Generalın vəkilinin halı pisləşdi, iş başında vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində ölüm hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil, 1958-ci il təvəllüdlü Valeriy Mənsum oğlu Vəliyev idarədə olarkən halı qəfil pisləşib. Yaxınlıqdakı şəxslər ona kömək etmək istəsə də, 64 yaşlı vəkil vəfat edib.
V.Vəliyev Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili olub.
Qeyd edək ki V.Vəliyev bir sıra siyasi məhkəmə işlərində vəkil kimi iştirak edib. O, ləğv edilmiş Milli Təhlükəsizlik nazirliyinin sabiq idarə rəisi, general-mayor Sübahir Qurbanovun da vəkili olub.
Oxşar xəbərlər
"Akif Çovdarova dedim ki, səni elə kabinetində öldürəcəyəm..."
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə...