General-leytenantın komandan vəzifəsindən azad edilməsi xəbərinə qurumdan REAKSİYA - FOTO - YENİLƏNİB

General-leytenantın komandan vəzifəsindən azad edilməsi xəbərinə qurumdan REAKSİYA - FOTO - YENİLƏNİB
Hadisə 80

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi barədə xəbərə qurumdan reaksiya verilib.

BAKU.WS xəbər verir ki, FHN-nin mətbuat xidmətindən oxu.az-a bildirilən məlumata görə, yayılmış xəbər doğru deyil.

“General-leytenant İlham Abdullayev işinin başındadır”, - deyə məlumatda qeyd edilib.

***11:22

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanı vəzifəsindən azad edilib.

BAKU.WS manşet.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə FHN-nin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələ ki təyinat yoxdur.

General-leytenantın komandan vəzifəsindən azad edilməsi xəbərinə qurumdan REAKSİYA - FOTO - YENİLƏNİB

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər