Gəncədə zibil poliqonunda tapılmış ölü döllə bağlı araşdırma aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 19-da Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
***11:09
Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, tapılan meyitin erkən doğulan körpəyə aid olması ehtimal edilir.
Onun kim və ya kimlər tərəfindən atılması istiqamətində polis tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, sözügedən poliqon Gəncənin məişət tullantılarının atıldığı ən böyük ərazidir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...