Gəncədə zəncirvari QƏZA: Mikroavtobus altı maşına çırpıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Şəhərdə 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusu idarəetməni itirərək "Niva", "Mitsubishi", "Chevrolet" və daha üç "Hyundai" markalı minik avtomobilinə çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.
Məlumata görə, qəzanın səbəbi mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq olub.
Ərazidə qısamüddətli tıxac yaranıb.
Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar, yolda hərəkət bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...