Gəncədə yaşayış evi yandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində yaşayış evində yanğın baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Könül Nağıyevə məxsus 3 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Alov qonşuluqda yaşayan Daşqın Nağıyevə məxsus evin dam örtüyünə də keçib və 10 kvadratmetr sahə yanıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən biriqadası və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində yanğın söndürüləsə də yaşayış evi tamamilə yanıb.
Hadisənin qısqapanmadan baş verdiyi ehtimal edilir.
Qalereya
Oxşar xəbərlər
"Qoç ət" restoranındakı yanğında zəhərlənənlər olub - YENİLƏNİB 1 - FOTO/VİDEO
Bakıda yerləşən “Qoç ət” restoranındakı yanğında üç nəfər tüstüdən zəhərlənib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə zamanı ümumi...