Gəncədə yaşayış binasında yanğın: Xəsarət alanlar var - FOTO

Gəncədə yaşayış binasında yanğın: Xəsarət alanlar var - FOTO
Foto
Hadisə 147

Gəncədə 4 mərtəbəli yaşayış binasında yanğın baş verib.

BAKU.WS-in APA-nın yerli bürosuna istinadən verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binanın sonuncu mərtəbəsində baş verib və qonşu mənzilə də keçib.

Sözügedən ünvandakı mənzildə yanğının anidən baş verdiyi bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın nazirliyin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar Salman oğlu və 1966-cı il təvəllüdlü Rzayeva İradə Oktay qızı yanıq xəsarəti alıb.

Bina sakinləri təxliyə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər