Gəncədə yağan güclü yağış hansı fəsadlara yol açıb? - VİDEO
Gəncədə gün ərzində yağan güclü yağış şəhərin bəzi yaşayış məhəllələrində bir sıra fəsadlar törədib.
BAKU.WS xəbər verir ki, yağıntıdan ən çox zərər görənlər bu dəfə də şəhərin Məhsəti qəsəbəsinin sakinləri olublar.
Yağış suları həyətyanı sahələrə, evlərə, zirzəmilərə dolub.
“7-8 küçənin suyu axıb bura yığılır. Dövlət nümayəndələri deyirlər ki, bu işlə bacara bilmirik. Biz sıravi vətəndaşlar, ölək burada?” - deyə sakin qeyd edib.
Sakinlərin müraciəti əsasında yağış sularından zərərgörən küçələrə Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları və canlı qüvvəsi, eləcə də şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnikası cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər görülüb.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...