Gəncədə XIX əsrə aid tarixi abidədə qanunsuz təmir işlərinə cəhd edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərinin Atatürk prospektində yerləşən yerli əhəmiyyətli tarixi-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparılmasının qarşısı alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 3800 nömrəli inventarla qeydiyyata alınan abidə fərdi yaşayış evi kimi istifadə olunur.
Ev sahibi rəsmi qurumlarla razılaşdırmadan təmir işləri aparmaq qərarına gəlib.
Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev mövzu ilə bağlı bildirib ki, məsələdən xəbər tutan kimi idarə tərəfindən dərhal lazımı tədbirlər görülüb və qanunsuz aparılan təmir işləri dayandırılıb.
Oxşar xəbərlər
Həbs edilən Mədəniyyət Nazirliyinin sabiq xidmət rəisi barədə YENİ QƏRAR
Səbail rayon Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində...