Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb
Gəncə Şəhər Birləşmiş Xəstəxanası körpə ölümü ilə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, xəstəxanadan "Report"a verilən məlumata görə, 04.04.2026-cı il tarixində saat 22:30 radələrində 2025-ci il azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı qeydə alınıb.
***12:09
Gəncə Birləşmiş Uşaq Xəstəxanasında uşaq ölümü qeydə alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hərarəti olan 2025-ci il təvəllüdlü, Şəmkir rayon Alabaşlı kənd sakini A. S. xəstəxanaya çatdırılıb.
Xəstəxanada 1 yaşlı körpəyə sistem köçürülüb. Lakin bundan sonra uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib.
Meyit Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Oxşar xəbərlər
Bilgəh çimərliyində vəhşilik
Sosial şəbəkələrdə heyvana şiddət göstərən şəxsin görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, video Bilgəh çimərliyində "Daçnik" adlı ərazidə qeydə alınıb. Ka...