14 dəfə əməliyyat olmuş Vətən müharibəsi qazisi özünü öldürmək istədi

"Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib".
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in açıqlamasında deyilir.
Məlumatda vurğulanır ki, 24.05.2025-ci il tarixində saat 18:20-də 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir".
Qeyd edək ki, Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.
***18:52
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Goranboy rayonunun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü Elmar Nəsirov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib.
Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Füzuli-Xocavənd istiqamətlərində aparılan döyüşlərdə yaralanıb.
"Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. O, YAŞAT Fondunun xətti ilə, Türkiyədə müalicə edilib və 14 dəfə əməliyyat olunub.

Oxşar xəbərlər
Abşeronda 45 yaşlı kişi meyiti aşkarlanıb
Abşeronda 45 yaşlı kişi meyiti aşkarlanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində qeydə alınıb. 1980-ci il...