Gəncədə toydan çıxan şəxs bıçaqlandı

Gəncədə toydan çıxan şəxs bıçaqlandı
Hadisə 210

Gəncə şəhərində toydan çıxan şəxs bıçaqlanıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə,hadisə şadlıq saraylarının birinin qarşısında baş verib.

Şəhər sakini 1978-ci il təvəllüdlü Həsənov Taryel Valeh oğlu qarın boşluğundan bıçaqlanıb.

Yaralı ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat edilib.Hazırda vəziyyəti orta ağırdır.

Hələlik 43 yaşlı şəxsin kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər