Gəncədə tələbə kafe sahibini buna görə öldürüb - TƏFƏRRÜAT- YENİLƏNİB + VİDEO

Gəncədə tələbə kafe sahibini buna görə öldürüb - TƏFƏRRÜAT- YENİLƏNİB + VİDEO
Video
Hadisə 195

Gəncədə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib.

Kafeni işlədən Şəmkir rayon sakini Kamil Cəfərova aralarında yaranan mübahisə zamanı Zəngilan rayon sakini Samir Hüseynov tərəfindən bir neçə bıçaq zərbəsi endirilib. Nəticədə kafenin sahibi hadisə yerində ölüb.

Gəncədəki universitetlərdən birinin tələbəsi olan Samir Hüseynovun kafedə müvəqqəti günəmuzd işlədiyi bildirilir. İlkin ehtimala görə, mübahisə tərəflərdən birinin söyüş söyməsi nəticəsində qızışıb. Hadisə ilə əlaqədar kafenin fəaliyyəti dayandırılıb.

Hadisəni törətməkdə təqsirləndirilən 19 yaşlı Samir Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı süjetdə:

***13:58

Gəncədə 35 yaşlı şəxs qətlə yetirilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 2004-cü il təvəllüdlü Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Son xəbərlər