Gəncədə təcili tibbi yardım avtomobili qəzaya düşdü, sürücü xəsarət aldı - FOTO
28
mar
2022
21:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə təcili tibbi yardım avtomobili yol qəzası törədib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb. Hərəkətdə olan UAZ markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü 1972-ci il təvəllüdlü Vidadi Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya düşən UAZ markalı avtomobil Gəncə şəhər təcili tibbi yardım maşını olub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Gəncədə ağır qəza: İdarəetməni itirən sürücü avtomobili ağaca çırpdı - FOTO
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə Ü.Hacıbəyov küçəsində qeydə alınıb. "Mercedes" markalı minik...