Gəncədə sürücülərin təhlükə manevrləri: Polis hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Gəncə şəhəri, Əziz Əliyev prospektində yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində zəruri tədbirlər görülür".
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib.
Vurğulanıb ki, sürət həddi və piyada zolaqlarında qaydalara əməl etməyən sürücülərlə bağlı məsuliyyət tədbirləri gücləndirilib.
Qeyd edək ki, Gəncə şəhəri, Əziz Əliyev prospektində yaşayan bir qrup sakin evlərinin yaxınlığından keçən yolda avtomobillərin sürətlə hərəkət etməsi və bunun tez-tez qəzalara səbəb olmasından şikayətlənirlər. Vətəndaşların sözlərinə görə, piyadalar zolağa məhəl qoymayan sürücülərə görə təhlükə ilə üz-üzə qalırlar.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...