Gəncədəki kütləvi davanın TƏFƏRRÜATI - Gəncləri ayırmağa çalışarkən ÖLDÜRÜLDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncənin Poçt qəsəbəsində yerləşən restoranlardan birində baş verən kütləvi davanın bəzi təfərrüatı məlum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Azər Yusifov dalaşan gəncləri ayırmağa çalışarkən bıçaq xəsarəti alıb və hadisə yerində vəfat edib
A.Yusifov ailəli olub, iki uşaq atası idi.
***09:20
Gəncə şəhərində restoranın qarşısında başlayan kütləvi dava qanla bitib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.
Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...