Gəncədə restoranda yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə yanğın hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən restoranların birində qəfil yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın yanğınsöndürənlərin çevikliyi nəticəsində söndürülüb, restoran yanğından mühafizə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...