Gəncədə qonşular arasında kütləvi dava: Bir nəfər öldü, “VAZ 2107” sürücüsü saxlanıldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə qonşular arasında kütləvi dava bir nəfərin ölümünə səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Davaya müdaxilə etmək istəyən bir nəfər qonşuları ayırmaq istəyən Alim Məmmədovu və yol kənarında dayanmış 1957-ci il təvəllüdlü Səlminaz Bağırovanı avtomobillə vurub. Aldığı xəsarətlərdən xəstəxanaya aparılan 1952-ci il təvəllüdlü Alim Məmmədov dünyasını dəyişib.
“VAZ 2107” markalı avtomobilin sürücüsü 1995-ci təvəllüdlü Orxan Nağıyev saxlanılıb.
*** 08:24
Gəncədə qonşular arasında kütləvi dava bir nəfərin ölümünə səbəb olub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, iki qonşu arasında dava düşüb.
Davaya müdaxilə etmək istəyən bir nəfər qonşuları ayırmaq istəyən Alim Məmmədovu avtomobillə vurub.
Aldığı xəsarətlərdən xəstəxanaya aparılan 1952-ci il təvəllüdlü Alim Məmmədov dünyasını dəyişib.
Xəsarət alanlardan başqa bir qadın isə xəstəxanaya aparılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Çoban Tovuzda tək qalan müəllimi zorladı - Gecəyarısı təcavüz
Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com”a istin...