Gəncədə qaz balonunun partlaması nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə qaz balonunun partaması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"Martın 21-də saat 17:30-da iki nəfər (kişi və qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Pasiyentlərə üz nahiyəsinin yüngül yanıq diaqnozları təyin olunub. Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar".
Xatırladaq ki, martın 21-i Gəncə şəhəri, Cavadxan qəsəbəsində qaz balonu partlayıb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...