Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsinin TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində qətl hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyev həyat yoldaşı - Tovuz rayonun Alakol kənd sakini 1980-ci il təvəllüdlü Yeganə Hümbətovanı qətlə yetirib.
Aralarında düşən mübahisə zamanı əsəblərinə hakim ola bilməyən 38 yaşlı kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Xatırldaq ki, bu, Yeganə Hümbətovanın ikinci evliliyi olub. Onun birinci əri bir neçə il qabaq vəfat edib.
Mərhum ötən il Elşən Quliyevlə ailə qurub. 43 yaşlı qadının birinci evliliyindən bir qızı, bir oğlu olub.
Qətli törətməkdə şübhəli bilinən Elşən Quliyev saxlanılaraq istintaqa təhvil edilib. Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiq ediblər.
Oxşar xəbərlər
Kişi arvadı pomidor almağa göndərib sevgilisini evə çağırdı: “Gördüm, dörd ayaq var” - TƏFƏRRÜAT
Tovuz rayonunda 1986-cı il təvəllüdlü Malik Məmmədalıyev həyat yoldaşı Rəqsanə Məmmədovanı öldürüb. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, Malik 7 av...