Gəncədə nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 14 yaşlı qızın nişanlanmasına görə valideynləri polis idarəsinə dəvət olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
"Sözügedən şəxlərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nigahın məsuliyyəti barədə məlumat verilib", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.
Oxşar xəbərlər
Gəncədə narkotik satıcısının məktəbli qıza hücum etməsi iddiasına aydınlıq gəldi - RƏSMİ/AUDİO - YENİLƏNİB
Ötən gün sosial şəbəkələrdə Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulduğu iddia edilən səs yazısı ilə bağlı Gəncə Şəhər Baş P...