DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov "report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.
"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq", - DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsi ilə bağlı məlumat yayılmışdı.
Oxşar xəbərlər
DİN: "Salyanda atışma baş verməyib"
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan rayonu ərazisində atışma baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xid...