DİN: "Salyanda atışma baş verməyib"
04
apr
2022
18:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan rayonu ərazisində atışma baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur.
"Bu barədə heç bir fakt qeydə alınmayıb", - o vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Salyan rayonu ərazisində silahlı atışmanın baş verdiyi barədə məlumatlar yayılmışdı.
Oxşar xəbərlər
DİN gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın itə işgəncə verməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib. BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidm...